BAKI, 29 yanvar. TELEQRAF

2025-ci ildə ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib:

“Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyatı üzrə təqdim edilib”.

O bildirib ki, 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib.