BAKI, 29 yanvar. TELEQRAF
Azərbaycanda hazırda 400-500 min sənədsiz tikili mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırılma aparılmalıdır.