BAKI, 29 yanvar. TELEQRAF

"Lukoil PJSC"nin səhmləri Moskva Birjasında 3,5% artıb. Buna səbəb "Lukoil" un ABŞ şirkəti "Carlyle" ilə xarici aktivlərin satışı ilə bağlı razılaşma səbəb olub.

Teleqraf xəbər verir ki, şirkətin bir səhmnin dəyəri 5385 rubla çatıb.

Rusiyanın "Lukoil" şirkəti xarici aktivlərinə sahib olan "Lukoil International GmbH" şirkətinin satışı ilə bağlı "Carlyle" ilə razılığa gəlib. Sazişə Qazaxıstandakı layihələr daxil deyil və ABŞ hakimiyyət orqanlarının təsdiqi də daxil olmaqla bir sıra şərtlər daxildir. Şirkətdən verilən açıqlamaya görə, saziş eksklüziv deyil. "Lukoil" digər potensial alıcılarla danışıqları davam etdirir.