BAKI, 29 yanvar. TELEQRAF
Qanunvericiliyə əsasən özbaşına tikililərin sənədləşdirilməsi qadağandır.
Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, özbaşına tikililər tikinti normaları və qaydaları, habelə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla aparılır:
“Bu anlayış və ona dair hüquqi nəticələr həm Mülki Məcəllədə, həm də Torpaq Məcəlləsində açıq şəkildə təsbit olunub. Biz də çıxışlarımızda mütəmadi olaraq bu məsələ ilə bağlı vətəndaşlarımızın maarifləndirilməsinə xüsusi diqqət yetiririk. Özbaşına tikinti aparmaq olmaz. Bu, qanunla qadağandır və onun sonradan sənədləşdirilməsi məsələsi də yalnız qanunvericiliyin müəyyən etdiyi qaydada və şərtlərlə nəzərdən keçirilə bilər. İcraçı strukturlar məhz bu hüquqi tənzimləmələrə uyğun şəkildə fəaliyyət göstərəcək”.