GƏNCƏ, 7 oktyabr. TELEQRAF

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində 4 idman növü üzrə yarışlar keçiriləcək.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Şəkidə çövkən üzrə final matçında Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.

Bu şəhərdə bədii gimnastika yarışı da keçiriləcək.

Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışın medalçıları bəlli olacaq.

Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.