GƏNCƏ, 6 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma yarışları davam edib.

Teleqraf xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanların şəxsi yarışı keçirilib. İdmançımız Mirxətai Məmmədov yarımfinalda məğlub olaraq, bürünc medal qazanıb.