XANKƏNDİ, 5 oktyabr. TELEQRAF

“Xankəndidə qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm”.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu III MDB Oyunları çərçivəsində kamandan oxatma üzrə fərdi yarışda qızıl medal qazanan Özbəkistan təmsilçisi Bekzod Boborajabov jurnalistlərə açıqlamasında deyib.

“Bizi burada xoş qarşıladılar. Xankəndinin havasını, milli mətbəxini çox bəyəndim. Burada güclü rəqiblər iştirak edir. Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Növbət hədəfim Olimpiya Oyunlarıdır”.