BAKI, 5 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar keçirilib.

Teleqraf xəbər verir ki, azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda rusiyalı Marina Tarasovaya uduzaraqgümüş medal qazanıb.

Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıb. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.