BAKI, 3 iyul. TELEQRAF

Əfsanəvi basketbolçu Maykl Cordanın əvvəllər yaşadığı malikanəsi icarəyə verilir.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, malikanə ABŞ-nin İllinoys ştatında yerləşir.

İqamətgahın giriş qapısında Cordanın karyerası boyunca daşıdığı sevimli 23 nömrəsi var.

Mülkdə 7 yataq, 17 vanna otağı, həmçinin kinoteatr, siqar otağı, idman zalı, şərab anbarı, tam ölçülü basketbol meydançası və s. mövcuddur.

Malikanəyə eyni anda təxminən 12 nəfər qəbul edilə bilər.

Qeyd etmək lazımdır ki, Cordanın iqamətgahını ən azı yeddi günlük icarəyə götürmək mümkündür. Məsələn, avqustun 29-dan sentyabrın 5-dək bu rezidensiyada istirahət 120 920 dollara başa gələcək.