BAKI, 2 iyul. TELEQRAF
"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən püşkatmada Azərbaycan çempionunun rəqibləri B qrupunda yer alıb.
"Sabah" "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.