BAKI, 15 may. TELEQRAF

Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Dünya Kuboku keçiriləcək.

Teleqraf xəbər verir ki, yarışda 40 ölkədən 1000-ə yaxın idmançı 200, 500, 1000 və 5000 metr məsafədə mübarizə aparacaq.

Dünya Kubokunda Azərbaycanı kanoe üzrə milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Smilovenko 24-26 apreldə Türkiyənin Adana şəhərində təşkil edilmiş “Bahar Kuboku” beynəlxalq yarışında 1000 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizədə qızıl medala sahib olub.

Qeyd edək ki, mayın 16-sı start götürəcək Dünya Kuboku iki gün davam edəcək.