BAKI, 6 oktyabr. TELEQRAF

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Hamuşam kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi “VAZ-2121” markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənara aşıb.

Sürücü Əlikram Ağayev hadisə yerində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Əlikram Ağayev əvvəllər kənd məktəblərindən birində müəllim işləyib.

Faktla bağlı araşdırma aparılır.