BAKI, 1 avqust. TELEQRAF
Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.
Oradakı köşklərdən birində işləyən 1965-ci il təvəllüdlü Vüqar Cabbarovun iş başında olarkən qəfil vəziyyəti pisləşib.
Ətrafdakıların çağırışı ilə hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.