SUMQAYIT, 6 may. TELEQRAF
Sumqayıt şəhərində qeydə alınan zəhərlənmə hadisəsi faciə ilə yekunlaşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bir neçə gün əvvəl Kimyaçılar qəsəbəsində baş verən hadisə zamanı bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı.
Məlumata görə, 1990-cı il təvəllüdlü Qurban Tahir oğlu Əsədov yaşadığı ünvanda kimyəvi maddədən zəhərlənib. İlkin tibbi yardım göstərildikdən sonra o, müalicəsinin davam etdirilməsi üçün paytaxtdakı tibb müəssisələrindən birinə köçürülüb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və o, bir neçə gün sonra vəfat edib.
Hadisənin dəqiq səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.