BAKI, 25 mart. TELEQRAF

Bu gün, saat 09:00 radələrində Zərdab-Mollakənd avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən 20-ci kilometrində Laçın rayon sakini Vəkil Abışovun idarə etdiyi “"Hyundai" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq su kanalına aşıb.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən Rasim Nəsibov və Paket Nəsibova hadisə yerində həyatlarını itirib.

Sürücü və digər üç sərnişin - Vidadi Nəsibov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.