BAKI, 26 noyabr. TELEQRAF
Rusiyada Vladivostokun 1 nömrəli gimnaziyasında 8-ci sinif şagirdi dərs zamanı qaz tapançası ilə atəş açıb.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 7 şagird xəsarət alıb.
Məlumata görə, yeniyetmə məktəbə girişdə təhlükəsizlik çərçivəsindən keçib, lakin tapançanın plastik gövdəsi səbəbindən metal detektoru siqnal verməyib.
Atəşdən sonra sinif yoldaşlarının gözlərindən yaş axıb, həmçinin tənəffüs yollarında yanma hissi yaranıb.
Hadisədən sonra dərs prosesi dayandırılıb, uşaqlar evə buraxılıb. Əraziyə polis cəlb olunub, yetkinlik yaşına çatmayanlarla iş üzrə əməkdaşlar tərəfindən araşdırma aparılır.