BAKI, 17 noyabr. TELEQRAF

Ekvadorun mərkəzi hissəsində avtobusun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Risklərin İdarə Edilməsi Departamenti məlumat yayıb.

İlkin məlumata görə, 12 nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumata görə, avtobus yoldan çıxaraq dərin uçuruma yuvarlanıb. Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib. Hadisə vaxtı bölgədə yağışın yağdığı bildirilir.