BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ-nin Texas ştatında, Fort-Uert şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzası nəticəsində iki nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “Dallas Morning News” nəşri məlumat yayıb.
Bildirilir ki, təyyarə sənaye zonasında yerləşən dayanacağa və ərazidəki avadanlıqlara çırpıldıqdan sonra alovlanıb.
Hadisə ilə bağlı Nəqliyyat Təhlükəsizliyi Milli Şurası araşdırmaya başlayıb.
Hazırda təyyarədə neçə nəfərin olduğu və qəzanın səbəbləri barədə rəsmi açıqlama verilməyib.
***
00:25
ABŞ-nin Texas ştatının Fort-Uort şəhərindəki Hiks hava limanı yaxınlığında təyyarə qəzası baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Fox 4" telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin düşdüyü yerdə bir neçə yük maşını yanıb.
Hadisənin səbəbləri, o cümlədən mümkün itkilər barədə məlumat verilmir.