BAKI, 11 oktyabr. TELEQRAF

Mingəçevirdə yol qəzası olub, yaralanan var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

"Kia" və "Opel" markalı minik avtomobillərinin toqquşması zamanı "Kia"da yer alan sərnişin Təranə Yolçuyeva yaralanıb.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.