BAKI, 22 sentyabr. TELEQRAF

Türkiyənin Mersin şəhərində zəncirvari yol qəzası olub.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, Mut rayonunda 3 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım cəlb edilib. Xəsarət alan şəxslər Mut Dövlət Xəstəxanasına çatdırılıb.

Ölən şəxsin sürücü olduğu bildirilir.

Qəzanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.