MİNGƏÇEVİR, 2 sentyabr. TELEQRAF
Mingəçevir Sənaye Parkında gecə növbəsində çalışan 30 yaşlı qadının əli işlək vəziyyətdə olan qurğunun arasında qalıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Gecə növbəsində tekstil qurğusunda çalışan 1995-ci il təvəllüdlü əməkdaş Nəzrin Azad qızı Hüseynəlizadənin sol əli işlək vəziyyətdə olan qurğunun arasında qalıb.
Təcili xəstəxanaya çatdırılan yaralı qadın əməliyyat edilib və onun sol əlinin 4 barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma başlanılıb.