BAKI, 16 avqust. TELEQRAF

Azərbaycanda ötən gün dələduzluq ittihamı ilə axtarışda olan şəxslərin tutulması üçün tədbirlər görülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının avqustun 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.