TOVUZ, 15 avqust. TELEQRAF

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Alakol kəndində qeydə alınan hadisə zamanı kənd sakininə məxsus tövlədə anidən yanğın olub.

Nəticədə 4 baş iribuynuzlu heyvan tələf olub, təxminən 200 bağlama ot yanıb.

Hadisə yerinə Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub.

Edilən müdaxilə nəticəsində yanğın söndürülüb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.