BAKI, 15 avqust. TELEQRAF
Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib", - məlumatda deyilir.