ŞƏMKİR, 11 avqust. TELEQRAF
Şəmkirdə üç nəfər bıçaqlanıb.
Bu barədə Teleqraf-ın Qərb bürosu xəbər verir.
Məlumata görə, V.Rüstəmov və R.Rüstəmov qardaşlarına, eləcə də E.Məmmədova kəsicis-deşici alətlə xəsarət yetirilib, onlar xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Fərmənd Cənaqərd Məhəmməd Cavad Əziz şübhəli şəxs qismində saxlanılıb.