ZƏNGİLAN, 11 avqust. TELEQRAF
Zəngilanda yanğın başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Mincivan ərazisində İranla sərhəd istiqamətində baş verib.
Əraziyə FHN-in Füzuli və Zəngilan rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, bir neçə gün öncə Ağdərə rayonu ərazisində baş verən yanğın hələ də davam edir.