BAKI, 7 avqust. TELEQRAF
Qanada helikopter qəzası zamanı müdafiə naziri Edvard Omane Boama, ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.
Müdafiə Nazirliyinə məxsus helikopter havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Qəza zamanı helikopterdə 3 heyət üzvü və 5 sərnişin olub.
Həlak olanlar arasında milli təhlükəsizlik üzrə koordinator və keçmiş kənd təsərrüfatı naziri də olub. Qanada matəm elan edilib və bayraqlar endirilib.