BAKI, 4 avqust. TELEQRAF

Paytaxtın Yasamal rayonu ərazisində yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Əvvəllər də məhkum olunan Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.