BAKI, 4 avqust. TELEQRAF
Avqustun 3-də saat 22:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara sol biləyin sınığı, sol qolun əziyi və burunun travması diaqnozları təyin edilib.
Hər iki şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
23:00
GÖYGÖL, 3 avqust. TELEQRAF
Göygöl rayonunun Yeni Qızılca qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, iki "VAZ" avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Xəqani Bayramov, onun qohumu 2005-ci il təvəllüdlü Eşqin Bayramov və 1994-cü il təvəllüdlü Famil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər üç şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb, vəziyyətləri orta-ağırdır.