BAKI, 8 iyul. TELEQRAF
Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocəsən qəsəbəsində "Qazel" markalı 97 SU 139 markalı yük avtomobili ilə "Opel" markalı 77 KM 967 markalı maşın toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
09:48
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.
Hadisə zamanı "Qazel" markalı yük avtomobili ilə "Opel" markalı minik maşını toqquşub. Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb.
Hadisənin görüntülərini təqdim edirik: