BAKI, 7 iyun. TELEQRAF

Sabirabad rayonunda yanğınla nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Sabirabad rayonunun Minbaşı kəndində "Lifan" və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində “ВАЗ” markalı minik avtomobilinin hissələri yanıb.

Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.