BAKI, 3 may. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.

Bu barədə Teleqraf-a FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.