BAKI, 25 aprel. TELEQRAF
Ekvadorun Quayaquil şəhərində "Emelec" futbol klubunun müdafiəçisi Cekson Rodriqesin həyat yoldaşı və uşağı qaçırılıb.
Teleqraf xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb.
Nəşr bildirib ki, hadisə aprelin 23-də səhər saatlarında baş verib. Yerli polis rəisi Edison Rodriges bildirib ki, futbolçu giriş qapısını sındıran adamları eşidəndə çarpayısının altında gizlənib.
26 yaşlı müdafiəçi həmçinin bildirib ki, o, qaçıranların boz pikap sürdüyünü pəncərədən görüb.