BAKI, 24 aprel. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,7 kiloqrama yaxın narkotik vasitə, 37 ədəd psixotrop tərkibli həb və 403 ədəd çətənə kolu aşkar olunub.

Daxili İşlər Nazirliyindən Teleqraf-a veriolən xəbərə görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.