
BAKI, 18 fevral. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.