
BAKI, 17 fevral. TELEQRAF
Polis əməkdaşları narkotiklərlə bağlı bir neçə əməliyyat keçirib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat tədbirləri ilə fevralın 15-də və 16-da ümumi çəkisi 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.