
BAKI, 10 fevral. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.