Şimali Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar fevralın 4-də saat 06:06-da baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib. Mənbə 19 kilometr dərinlikdə yerləşirdi.

Sunami xəbərdarlığı verilməyib.