Suraxanı rayonunun Hövsan qəsəbəsində odlu silah tapılması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Böbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 29 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah-sursat müvafiq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.