İspaniyanın "Barselona" klubunun “Kamp Nou” stadionunun tikintisində işləyən fəhlələr arasında kütləvi dava düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə işçi qrupları arasında baş verib.

20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulub.

Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.