Ağdamda doğum evində körpə ölüb.

Teleqraf.com Lent.az-a istinadən xəbər verir ki, hadisə 6 saylı doğum evində baş verib.

Belə ki, iki günlük körpə naməlum səbəbdən xəstəxanada ölüb.

Bu barədə körpənin atası 35 yaşlı Ş.İmanov polisə şikayətində bildirib.

Faktla bağlı araşdırma aparılır.