Londonun mərkəzində incəsənət muzeyinin yerləşdiyi tarixi "Somerset House" binası yanıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının yanğınsöndürmə xidməti X sosial şəbəkəsindəki məlumat yayıb.

"Yanğına 10 yanğınsöndürən maşın və təxminən 70 yanğınsöndürən cəlb olunub" - məlumatda qeyd edilib.

Hazırda yanğının səbəbi məlum deyil. Binanın yaxınlığında avtomobillərin hərəkəti də çətinləşir.