Latviyalı şahmatçı Andrey Strebkov qadınlara sataşdığına görə diskvalifikasiya edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) saytında məlumat verilib.

Araşdırmalar zamanı Strebkov on il ərzində onlarla şahmatçını, o cümlədən azyaşlıları təqib edib. Şahmatçının onlara ədəbsiz və pornoqrafik materiallar və məktublar göndərdiyi ortaya çıxıb.

Təşkilatın qərarı ilə Strebkova beş il müddətində FİDE-nin hər hansı reytinq turnirlərində oyunçu kimi iştirak etmək və fiziki cəhətdən orada olmaq qadağan edilib.