Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.