Xankəndi şəhəri ərazisində silah-sursatın aşkar olunması ilə bağlı tədbirlər davam edir.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-da şəhər ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.