Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alanlar var.

Faktla bağlı araşdırmalar davam etdirilir.