İmişli rayonunda iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Rza Ramiq Turqut oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.