Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 25-də ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan çox heroin və 7,7 kiloqrama yaxın marixuana olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.