Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu gün Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq "Mercedes" və "Lada" markalı avtomobillər toqquşublar.
Nəticədə "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.