Qaradağ rayonunda hava şəraiti ilə əlaqədar “Mercedes” markalı avtomobil sürüşərək yoldan çıxıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yolda qalan ailəyə müvafiq köməkliklər göstərilib.

Xəsarət alan yoxdur.

Bundan başqa, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun yaydığı məlumata görə, yanvarın 10-da qarlı hava şəraiti ilə bağlı Qusarda 2 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 4 avtomobilə zərər dəyib.

Xaçmazda 3 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb, 5 avtomobilə zərər dəyib.

Qubada 4 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb, 7 avtomobilə zərər dəyib.